DİQQƏT!
Son zamanlarda marketlərdən çoxsaylı şikayətlər gəlir və bəzi hallarda uşaqlar oğurluq edir. Təxminən 10-15 yaşlarında uşaqlar marketdən oğurluq edir. Götürdükləri şeylər özləri üçün yeməyə bir şey olsa, adama təsir etməz. Ancaq Red Bull və digər enerji içkiləri kimi məhsullar götürürlər ki, bu, doğrudan da düşündürücüdür.
uşaqların oğurluq etməsi kameralara düşüb və onların uşaq olduğunu nəzərə alaraq məsələni böyütməməyi qərara aldıq. Əgər uşaqlar bizə gəlib desələr ki, "Mənim ürəyim bir şey istəyir, amma pulum yoxdur," biz mütləq onlara kömək edərdik. Ancaq bu cür davranışlar narahatlıq doğurur və bu məsələnin həllini axtarırıq.
MİDA sakinləri olaraq, xahiş edirik ki, valideynlər olaraq uşaqlarımıza daha diqqətli olaq. Onların nə ilə məşğul olduğunu, kimlərlə ünsiyyətdə olduğunu və davranışlarını izləyək. Uşaqlarımıza doğru yolu göstərmək və onlara dəstək olmaq bizim ən vacib vəzifəmizdir. Bu cür halların təkrarlanmaması üçün birlikdə çalışmalıyıq.
Valideynlərdən xahişimiz odur ki, uşaqlarınıza dəyərləri, əxlaqı və doğru davranışları öyrədin. Onlara izah edin ki, hər hansı bir şeyə ehtiyacları olduqda, bunu oğurluqla deyil, düzgün yolla əldə etməyə çalışsınlar. Biz birlikdə güclüyük və bu cür halların qarşısını almaq üçün birlikdə çalışmalıyıq.