Evde tarakan və qırxayaqlar ilə Mübarizə Yolları

Evde tarakan və qırxayaqlar ilə Mübarizə Yolları

Elxan Qəniyev

Son günlərdə evinizdə tarakan görürsünüzsə, narahat olmayın! Bu yazıda sizə bu zərərvericilərlə necə mübarizə aparmaq lazım olduğunu izah edəcəyik.
tarakanlar Evdə Görünməsinin Səbəbləri:

1. Yemək Mənbələri: Qida qırıntıları, tökülmüş içkilər və zibil onları cəlb edir.
2. Su və Nəmlik: Nəmlik olan yerlərdə yaşamağı üstün tuturlar. Mətbəx, vanna otağı və sızan borular ideal yerlərdir.
3. Qaranlıq və İsti Mühitlər: Qaranlıq və isti yerlərdə gizlənirlər. Məsələn, məişət texnikalarının arxası.
Mübarizə Yolları:

1. Təmizlik: Evdə müntəzəm təmizlik aparmaq, qidaları bağlı saxlamaq və zibili müntəzəm boşaltmaq vacibdir.

2. Nəmlik Nəzarəti: Su sızıntılarını təmir etmək və nəm yerləri quru saxlamaq lazımdır.

3. Giriş Nöqtələrini Bağlamaq: Qapı altları, pəncərələr və divarlardakı çatları bağlamaq.

4. Böcək Dərmanları və Tələlər: Müxtəlif böcək dərmanları və tələlərdən istifadə etmək.

5. Peşəkar Yardım: Geniş yayılmada, peşəkar haşərə nəzarəti xidmətləri ən təsirli həll ola bilər.
Dişi tarakan bir dəfəyə bir neçə yumurta paketi (ooteca) qoyur. Hər ooteca içində 30-40 yumurta ola bilər.
Yumurtalar qaranlıq, isti və nəmli yerlərdə yerləşdirilir.

İnkişaf: Yumurtadan çıxan nimfalar bir neçə həftə ərzində yetkin böcəyə çevrilir. Nimfalar yetişkinlik dövrünə çatana qədər bir neçə dəfə qabıq dəyişir.
Tarakanla çox sürətlə çoxalır və qısa müddət ərzində böyük populyasiyalara səbəb ola bilər.

Bir qonşunun səhfi və diqqətsizliyindin bütün binanı basacaq qədər sürətlə artır) ona görə diqqətli olaq.

Geri Qayıt