Tələsin!, MİDA Yasamalda 3 otaqlı mənzili ̶1̶6̶0̶.̶0̶0̶0̶ deyil 70.000 manata

Tələsin!, MİDA Yasamalda 3 otaqlı mənzili ̶1̶6̶0̶.̶0̶0̶0̶ deyil 70.000 manata

Elxan Qəniyev

Tələsin!, MİDA Yasamalda 3 otaqlı mənzili ̶1̶6̶0̶.̶0̶0̶0̶ deyil 70.000 manata güzəştli şərtlərlə tam təmirli və kupçalı əldə etmək istəyirsizsə xəyal qurmağa davam edin. Əgər bu posta bu şəkili və yazını görərək, sevinərək klik etdinizsə demə ki, siz də hər an aldadıla bilərsiniz!.

Tapaz, binaaz, elanaz kimi saytlarda evlərə baxdıqda diqqətli olun!

Dəyərli Qonşular, bu məlumatı paylaşaraq ətrafınızdaki insanlar marifləndirin!

Son zamanlarda internetdə yayılan emlak elanlarında artan saxta ev satışı ilə bağlı diqqətinizi çəkmək istəyirik. Dələduzlar saxta ev elanları yayaraq insanların pulunu mənimsəyirlər. Xüsusilə 40.000 - 60.000 manat kimi aşağı qiymətlərlə satılan ev elanlarına qarşı diqqətli olmağınızı tövsiyə edirik. Həqiqi bazar dəyərlərindən çox aşağı qiymətlərlə satılan ev elanlarına diqqətli yanaşılmalıdır. Məsələn, normalda Yasamal MİDA-da bir otaqlı evin qiyməti əsasən 80.000 , iki otaqlı evlər üçün 120.000 və 3 otaqlı evlər üçün isə 160.000 dən başlayır. Aşağı qiymətə olan ev elanları çoxu zaman dələduzların qurduğu tələlərdir.

Emlak alış-veriş əməliyyatları zamanı etibarlı və tanınmış emlakçılarla işləmək əhəmiyyətlidir. Həmçinin, gördüyünüz ev elanının həqiqi olduğunu doğrulamaq üçün diqqətli bir araşdırma aparılmalıdır. Bəzən dələduzlar sizi aparıb evlə tanış etmək üçün evlər kiralayırlar, yani gedib evə baxdım deyərək pul verməyin.

Unutmayın, saxtakarlara qarşı diqqətli olmaq və məlumatlı olmaq sizi maddi itkilərdən qoruyacaqdır. Şübhəli hallarda, yerli polis təşkilatlarından kömək istəyə bilərsiniz.Sağlam və təhlükəsiz alış-verişlər arzulayırıq.

Geri Qayıt